EN

İraqda Xalq Səfərbərlik Qüvvələrinin obyektinə hava zərbəsi nəticəsində 15 nəfər ÖLDÜ

ain.az, Redaktor.az saytına istinadən bildirir.

İraqın qərbində, Anbar vilayətində Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) qərargahına endirilən hava zərbələri nəticəsində ən azı 15 silahlı ölüb, 30 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.

XSQ-nin yaydığı bəyanatda zərbə nəticəsində qruplaşmanın Anbar üzrə əməliyyat komandiri Saad əl-Baici və onun 14 silahdaşının öldüyünü təsdiqləyib. Qrup ABŞ-ni hücumu həyata keçirməkdə ittiham edib.

Səhiyyə qurumları bildiriblər ki, yaralılardan bəzilərinin vəziyyəti kritikdir və ölüm sayının artavağı gözlənilir. Hücum şiə silahlı qruplaşmasının qərargahında keçirilən iclas zamanı baş verib.

XSQ əsasən şiə yarı-hərbi qruplarını birləşdirən bir təşkilatdır. Qrup rəsmi olaraq İraq dövlət təhlükəsizlik qüvvələrinə inteqrasiya olunub və İranla əlaqəli bir neçə qrupdan ibarətdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
5
redaktor.az

9Sources