İraqın qərbində, Anbar vilayətində Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) qərargahına endirilən hava zərbələri nəticəsində ən azı 15 silahlı ölüb, 30 nəfər yaralanıb.
Bu barədə “Reuters“ agentliyi mənbələrinə istinadən məlumat yayıb.
XSQ-nin yaydığı bəyanatda zərbə nəticəsində qruplaşmanın Anbar üzrə əməliyyat komandiri Saad əl-Baici və onun 14 silahdaşının öldüyünü təsdiqləyib. Qrup ABŞ-ı hücumu həyata keçirməkdə ittiham edib.