EN

Dünya çempionu İspaniya nəhənginə keçməyi arzulayır

ain.az, Fanat portalına istinadən məlumat verir.

"Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandes karyerasını İspaniya nəhəngində davam etdirmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Ben Ceykobs yayıb.

Məlumata görə, argentinalı futbolçu "Real Madrid"ə keçməyi özü üçün prioritet hesab edir. Mənbə "Real" rəhbərliyinin hələ yarımmüdafiə xəttini gücləndirmək üçün namizədlər barədə qərarını qətiləşdirmədiyini, 

"zadəganlar"ın baş məşqçisi Liam Rosenyorun isə Entsonun heyətdə qalmasını vacib saydığını vurğulayıb.

Qeyd edək ki, Fernandesin "Çelsi" ilə müqaviləsinin müddəti 2032-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı dünya çempionunun transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir. 

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
fanat.az

2Sources