EN

Aİ-dən çağırış: Hörmüz boğazı dərhal açılmalıdır

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen ABŞ və İranı danışıqlar masası arxasına və Hörmüz boğazının faktiki açılmasına çağırıb.

Publika.az “Al Jazeera”yə istinadən xəbər verir ki, Lyayen İranın strateji boğazı bağlamaq səylərinin qınanmalı olduğunu bəyan edib.

O qeyd edib ki, artan qlobal iqtisadi pozuntuların qarşısını almaq üçün müharibəyə son qoyulmalıdır:

"İran təhdidləri, minaların qoyulmasını, dronların və raket hücumlarını, boğazı kommersiya gəmiçiliyinə bağlamaq üçün digər cəhdləri dərhal dayandırmalıdır. Hamımız qaz və neft qiymətlərinə mənfi təsirləri hiss edirik. Lakin danışıqlar yolu ilə həll yoluna gəlməyimiz və bunun Yaxın Şərqdə gördüyümüz düşmənçiliyə son qoyması vacibdir".

Chosen
39
publika.az

1Sources