EN

Alimlər yüksək qan təzyiqinin beyinlə birbaşa əlaqəsini tapdı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Alimlər yüksək qan təzyiqinin beyindəki mənbəyini tapdıqlarını açıqlayıblar. Yeni araşdırmalar göstərir ki, hipertoniyanın yaranmasında beyin kötüyündə yerləşən xüsusi bölgə həlledici rol oynayır. "Lateral parafasiyal" adlandırılan bu hissə tənffüs və qan dövranı kimi həyati funksiyaları idarə edir.Demokrat.az xəbər verir ki, Aukland Universitetinin professoru Culian Patonun rəhbərliyi ilə aparılan tədqiqatda maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, bu beyin nahiyəsi xüsusilə güclü nəfəsvermə prosesində aktivləşir. Gülmək, öskürmək və ya ağır idman hərəkətləri zamanı qarın əzələlərinin sıxılması ilə müşayiət olunan tənəffüs forması birbaşa qan damarlarını daraldan sinirlərə siqnal göndərir. Nəticədə qan təzyiqi sürətlə yüksəlməyə başlayır.Tədqiqat zamanı həmin bölgə fəaliyyətdən salındıqda təzyiqin normaya düşdüyü müşahidə edilib. Bu kəşf yüksək qan təzyiqinin müalicəsində tamamilə yeni üsulların yaradılmasına imkan verə bilər. Alimlər bildirirlər ki, beyinə birbaşa müdaxilə etmək çətin olsa da, bu bölgəni aktivləşdirən xarici siqnalları bloklamaq mümkündür.Xüsusilə boyun nahiyəsində yerləşən və qandakı oksigen səviyyəsini izləyən hüceyrələrin bu prosesdə vasitəçi olduğu müəyyən edilib. İndi həkimlər həmin hüceyrələrin aktivliyini azaldacaq yeni dərman preparatları üzərində işləyirlər. Bu metodun yaxın gələcəkdə yuxu apnesi və xroniki yüksək təzyiqdən əziyyət çəkənlər üçün effektiv çıxış yolu olacağı gözlənilir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
demokrat.az

1Sources