EN

Cənubi Koreya HƏDƏLƏNDİ

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı “ən düşmən dövlət” adlandırıb.

Modern.az xəbər verir ki, bu barədə o, Koreya Xalq Demokratik Respublikasının 15-ci çağırış Ali Xalq Məclisinin ilk sessiyasında proqram xarakterli çıxışı zamanı bunu bildirib. Məlumatı Koreyanın Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən The Korea Herald yayıb.

Kim Çen Inın sözlərinə görə, Cənubi Koreya rəsmi olaraq ən düşmən ölkə kimi tanınıb. Lider əlavə edib ki, Cənubi Koreya KXDR-ə qarşı hər hansı təxribatın cavabını alacaq və belə bir halda Pxenyan onu amansız bədəl ödəməyə məcbur edəcək.

Bundan əlavə, Kim Çen In bildirib ki, Şimali Koreyanın nüvə silahına malik dövlət statusu heç vaxt dəyişməyəcək. O, Pxenyanın düşmən qüvvələri ilə mübarizə aparmaq üçün bütün səyləri göstərəcəyinə söz verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
48
modern.az

1Sources