ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Sosial mediada yayılan görüntülərə əsasən, bölgələrdən Bakıya gəlmək istəyən şəxslər avtobus üçün onlayn bilet alsalar da, avtovağzalda avtobusa minə bilmirlər.Modern.az xəbər verir ki, iddialara əsasən, sərnişin sıxlığı səbəbindən bəzi şəxslər yerindəcə pul ödəyərək bilet alır və avtobusa buraxılır. Nəticədə, əvvəlcədən onlayn bilet əldə edən sərnişinlər avtobusla Bakıya qayıda bilmir. Bir şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə etiraz etsə də, buna əhəmiyyət verən olmayıb.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, ilkin mərhələdə müəyyən anlaşılmazlıq yaranıb, lakin məsələ həllini tapıb. Qeyd edilib ki, şikayətçi bilet aldığı avtobusu səhv salıb:“Vətəndaş növbəti avtobusa bilet əldə edib və həmin avtobus vasitəsilə də təyinat nöqtəsinə çatıb” – açıqlamada qeyd edilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.