Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes Vita" markalı mikroavtobusla "VAZ-2106" markalı minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(APA)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.