“Qarabağ" "İmişli"nin qapıçısı Andrey Sinenko ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, futbolçunun agenti Dmitri Xlebosolov bu məlumatı təsdiqləyib. O, bel.football saytına açıqlamasında bildirib ki, Sinenkonun Ağdam təmsilçisinə keçidi ilə bağlı danışıqlar aparmaq üçün tanınmış agentlərdən birinə səlahiyyət verib:

“Statistik göstəricilərinə görə, Andrey hazırda Azərbaycanın ən yaxşı qapıçılarından biridir. Mövsümün sonunda onun karyerasında yüksəliş etməsi üçün bütün variantları dəyərləndirəcəyik”.

Qeyd edək ki, qapıçının yay transfer pəncərəsində klubunu dəyişəcəyi gözlənilir.