EN

Türkiyə Azərbaycanın ən böyük 2-ci ticarət tərəfdaşına çevrilib

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Türkiyə arasındaticarət əməliyyatlarının həcmi 877,1 milyon ABŞ dolları təşkiledib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 127,5 milyon ABŞ dolları və ya 12,7% azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 14%-i həcmində olub. Bununla dasözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında İtaliyadan sonra 2-cipillədə qərarlaşıb.

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 532,9milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 28,1 milyon ABŞ dolları və ya təqribən 7%azdır. Bununla da hesabat dövründə Türkiyə Azərbaycanın ən çoxməhsul ixrac etdiyi ölkələr sırasında 2-ci pillədə qərarlaşıb.

Dövr ərzində Azərbaycandan Türkiyəyə ixrac əməliyyatlarının 83,4milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib.Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında Türkiyə14,37% payla 2-ci yerdə qərarlaşıb. Türkiyəyə qeyri-neftməhsullarının ixracı ötən ilin ilk iki ayındakı göstərici iləmüqayisədə 644 min ABŞ dolları və ya 0,8% artıb.

Bundan başqa, bu ilin ilk iki ayında Azərbaycandan Türkiyəyə22,1 milyon ABŞ dolları dəyərində 47,1 min ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu, ötən ilineyni dövrü ilə müqayisədə dəyər baxımından 14,7 milyon ABŞ dollarıvə ya 3 dəfə, həcm ifadəsində isə 11,7 min ton və yaxud 1,8 dəfəçoxdur.

Hesabat dövründə Türkiyədən Azərbaycana isə 344,2 milyon ABŞdolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ciilin eyni dövrü ilə müqayisədə 87,1 milyon ABŞ dolları və ya 20,2%azalma deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar vəya 29,6% azdır.

Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın,2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyarddollar və ya 1,6 dəfə azalıb.

Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfəçoxdur.

Chosen
9
14
az.trend.az

10Sources