EN

Simonyan: Biz sülh istəyirik, müxalifət isə müharibə

BAKI, 24 mart. TELEQRAF

“Bu gün Ermənistanın siyasi səhnəsində iki gündəm mövcuddur: biri sülh, digəri isə müharibədir”.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Spiker Baş nazir Nikol Paşinyanın “Əgər “Vətəndaş Müqaviləsi” Partiyası hakimiyyətdə qalmasa, sentyabrda müharibə ola bilər” fikrini nəyə əsaslandırdığı ilə bağlı suala belə cavab verib:

“Bir tərəf (müxalifət) qonşulara qarşı müəyyən tələblər irəli sürür, digər tərəf (hakimiyyət) isə regionda sülhün bərqərar olunmasını istəyir. Bu, Nikol Paşinyanın şəxsiyyəti ilə bağlı deyil, gündəm, siyasi baxış və mövqe ilə əlaqəlidir. Əgər bunu Paşinyanın şəxsiyyəti ətrafında cəmləşdirirsinizsə, qoy belə olsun və Nikol Paşinyan sülhün simvolu hesab edilsin. Mən qətiyyən buna qarşı deyiləm”.

Paşinyanın müharibə üçün konkret vaxt - sentyabr ayını qeyd etməsinə münasibət bildirən parlament sədri əlavə edib:

“Siyasi xadimlər həm də siyasi analizlər aparmağı bacarırlar və buna haqları var. Baş nazir də Ermənistan Respublikasının əsas siyasi fiqurlarından biri kimi bunda haqq sahibidir və bu, bir qiymətləndirmədir. Qeyd edim ki, müxalifət nümayəndələri tərəfindən də belə fikirlər səsləndirilib, hətta il və ay göstərərək. Deputatlarımız parlament tribunasından “müharibə olacaq” deyirdilər. Hətta sülh şəraitində belə bunu deyirdilər. Niyə təəccüblənirsiniz, burada nə qəribə var?”.

Chosen
47
teleqraf.com

1Sources