EN

ABŞ -ın təkliflərini İran qəbul etdi



ABŞ və İran arasında konfidensial danışıqların aparıldığını dəfələrlə qeyd etmişəm. Xüsusilə bu təşəbbüsün ABŞ tərəfindən irəli sürüldüyü görünür və İran rəhbərliyi də buna razılıq verib. ABŞ prezidenti Donald Trump danışıqların S
Witkoff və Cared Kusner tərəfindən aparıldığını bildirib.

İranda isə SEPAH-ın yeni rəhbərliyi, parlament sədri M. Galibaf və prezident M. Pezeşkian danışıqlar məsələsində ortaq mövqeyə gəliblər. Bunun əsas səbəbi müharibənin davam edəcəyi təqdirdə İran rəhbərliyinin ciddi risklərlə üzləşməsi, hətta tam sıradan çıxarılmasıdır.

Əgər Donald Trampın dediyi kimi danışıqlar həqiqətən baş tutubsa, bu prosesin əsasən M. Qalibaf səviyyəsində aparıldığı mümkündür. Hazırda parlamentin sədri M.Qalibaf SEPAH əsas söz sahibidir.

ABŞ-ın danışıqlara getməsinin əsas səbəbləri kimi bir neçə amil önə çıxır: rejim dəyişikliyinə nail ola bilməməsi, quru əməliyyatın yüksək risk daşıması və İranın İsrailə endirdiyi son ballistik raket zərbələrinin regional dinamikanı dəyişməsi.

Ümumilikdə, ABŞ danışıqlara açıq mövqe sərgiləyib və İranın parçalanmasında maraqlı olmadığını göstərib. Hətta Vaşinqton rejim daxilindən yeni liderlə işləməyə hazır olduğunu da vurğulayıb.

Digər tərəfdən, İsrail rəhbərliyi İranın hərbi və mülki infrastrukturunun ciddi şəkildə zəiflədilməsi, ölkədə daxili sabitsizliyin artması və uzunmüddətli xaosun davam etməsində maraqlı görünür. Bu isə ABŞ və İsrail arasında fikir ayrılıqlarının mövcud olduğunu göstərir. Amma, danışıqların pozulması ehtimalı yüksək olaraq qalır.

Məhəmməd Əsədullazadə, siyasi şərhçi
Chosen
80
2
newscenter.az

3Sources