Müəllif: Gülnar Əhmədli, Banco.az
Qiymətli metallar son illərdəki ən dəyişkən dövrlərindən birini yaşayır.
Banco.az xəbər verir ki, Yaxın Şərqdə müharibənin başlamasından bəri dəyərinin 17 faizini itirən qızıl tarixdəki ən uzun "itki seriyası"nı qeydə alaraq ardıcıl 10 gündür ki, dəyər itirir.
Adətən geosiyasi gərginliklər zamanı təhlükəsiz sığınacaq kimi yüksələn qızıl bu dəfə enerji böhranının yaratdığı makroiqtisadi təzyiqlərə məruz qalır.
Müharibənin yaratdığı yüksək enerji qiymətləri inflyasiya riskini canlı saxlayır, eyni zamanda FED və digər mərkəzi bankların daha çox faiz dərəcələri artıracağı gözləntilərini gücləndirir. Faiz gətirməyən qızıl bu gözlənti qarşısında cəlbediciliyini itirir.
Səhm və istiqraz bazarlarındakı itkilər investorları pul qazanmaq üçün ən likvid və gəlirli aktivlərini - yəni qızılı satmağa məcbur edir.
Bizi sosial şəbəkələrdən izləyin!!