Deputat Muxax kəndində şəhid Məmmədov Vidadinin ailəsini ziyarət edərək, ailə üzvləri ilə səmimi söhbət aparıb, onların qayğı və ehtiyacları ilə maraqlanıb. Şəhidimizin şərəfli döyüş yolundan bəhs edilərək xatirəsi dərin ehtiramla yad olunub, bayram münasibətilə ailəyə səmimi təbriklər çatdırılıb. Eyni zamanda, dövlətimizin hər zaman şəhid ailələrinin yanında olduğu bir daha vurğulanıb.
Daha sonra Asif Əsgərov Suvagil kəndində növbəti vətəndaş qəbulunu keçirib. Qəbulda YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi, bələdiyyə və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər ətraflı araşdırılıb. Əsasən qazlaşma, içməli su təminatı və idman sahəsi ilə bağlı müraciətlər səsləndirilib, bir sıra məsələlər yerində həllini tapıb, digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürülüb.
Müraciətlər əsasında aztəminatlı ailələrə maddi yardım göstərilib.
Sonda həm şəhid ailələri, həm də vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə edərək, dövlətin vətəndaşa olan yüksək diqqətini hər zaman hiss etdiklərini bildiriblər.