EN

Atletik in baş məşqçi postuna əsas namizəd müəyyənləşib

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Edin Terziç Bilbao "Atletik"inin maraq dairəsindədir. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

43 yaşlı mütəxəssis Ernesto Valverdenin gedişindən sonra boş qalacaq baş məşqçi postunu tutmağa əsas namizəddir. Mütəxəssisin özü də La Liqada işləməyə hazırdır.

Bir müddət əvvəl İspaniya mətbuatında "Bornmut"un çalışdırıcısı Andoni İraolanın da adı Bask klubu ilə yanaşı hallanırdı.

Qeyd edək ki, Terziçin son iş yeri 2024-cü ilin yayında ayrıldığı Dortmund "Borussiya"sı olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
sport24.az

1Sources