EN

“Mançester Siti”nin gənc qapıçısı 48 illik rekordu təkrarladı

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Mançester Siti” İngiltərə Liqa Kubokunun finalında “Arsenal”ı 2:0 hesabı ilə məğlub edib.

“Şəhərlilər”in qapıçısı Ceyms Trafford bu qarşılaşmada nadir nailiyyətə imza atıb.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

23 yaş 163 günlüyündə o, XXI əsrdə “Uembli”də keçirilən Liqa Kuboku finalında start heyətdə meydana çıxan ən gənc ingilis qapıçı olub.

Bu göstərici sonuncu dəfə 1978-ci ildə qeydə alınıb. Həmin vaxt “Nottingem Forest” – “Liverpul” matçında Kris Vuds 18 yaş 124 günlüyündə əsas heyətdə yer almışdı.

Qeyd edək ki, hazırda “Arsenal” 70 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” isə 61 xalla ikinci pillədə qərarlaşıb və ehtiyatda bir oyunu var.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
1
icma.az

2Sources