EN

Milliyə çağırılmadı, saatlarla qumar oynadı

style='margin-bottom:10px;'>

Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin heyətə daxil etmədiyi Neymar həftəsonunu qumara həsr edib..

QOL.az xəbər verir ki, bu barədə “Portal Leodias” məlumat yayıb.

“Santos”un hücumçusunun saatlarla onlayn poker oynadığı bildirilir. Məlumata görə, Neymar cümə gününü ailəsi ilə keçirdikdən sonra, şənbə günü saat 14:30-dan 22:00-a qədər poker oynayıb. Bazar günü isə bu fəaliyyəti davam etdirərək 14:00-dan 23:00-a qədər oyunda olub. Maraqlıdır ki, A seriyasında "Kruzeyro" - "Santos" oyunu bazar günü saat 16:00-da keçirildiyi halda, Neymar həmin vaxt da poker turnirində iştirak edirdi. Daha öncə oncə elan edilib ki, o, son dövrlər fiziki yüklənməsinin çox olması səbəbindən görüşü buraxacaq.

Hazırda futbolçunun poker turnirində iştirakını davam etdirdiyi və bu səbəbdən bazar ertəsi və çərşənbə axşamı günlərini də eyni şəkildə keçirə biləcəyi qeyd olunur.

Qeyd edək ki, Braziliya milli futbol komandası yaxın günlərdə yoldaşlıq oyunları çərçivəsində Fransa  (26 mart) və Xorvatiya milli futbol komandası (1 aprel) ilə qarşılaşacaq.

Chosen
72
3
teleqraf.com

4Sources