EN

500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

2008-ci ilin aprelində Namibiyada U-60 almaz mədəninin ciddi qorunan ərazisində geoloq qumda yarı basdırılmış, yuvarlaq daşa bənzər obyekt görüb. Tapıntı ilk baxışda xəzinəyə bənzəmirdi. Sonradan bunun "Fugger” bank ailəsinə aid üçdişli nişanlı mis külçə olduğu müəyyən edilib.

Publika.az xəbər verir ki, bu barədə "The Daily Galaxy" yazıb.

Bu tapıntı gəmi qəzalarının araşdırılması üçün ən uyğun olmayan yerlərdən birində — Namibiyanın cənub sahillərində, Oranj çayı yaxınlığındakı qapalı almaz zonası Şperrqebitdə aşkar edilib. Bu ərazi sərt iqlimi və ciddi mühafizəsi səbəbindən talançılar tərəfindən heç vaxt dağıdılmayıb.

Qum təmizləndikcə ard-arda artefaktlar üzə çıxmağa başlayıb: mis külçələr, fil sümüyü, silahlar və naviqasiya alətləri. Daha sonra isə qeyri-adi yük aşkar edilib — 2000-dən çox qızıl sikkə, onların böyük hissəsi isə portuqal deyil, ispan mənşəli olub.

Araşdırmalar nəticəsində gəminin 7 mart 1533-cü ildə Lissabondan yola çıxan və yoxa çıxan portuqal "Bom Jesus” ("Yaxşı İsa”) gəmisi olduğu müəyyən edilib.

Chosen
25
2
publika.az

5Sources