EN

Müharibədən 48 saat əvvəl Netanyahu Trampa nə deyib?

ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatından 48 saat əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Hər iki lider həftə ərzində əldə olunan kəşfiyyat məlumatlarına əsaslanaraq, İranın mərhum Ali Rəhbəri Əli Xamenei və onun əsas müavinlərinin tezliklə Tehran kompleksində görüşəcəyini bilirdi.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” yazıb. Yeni məlumatlar göstərirdi ki, telefon söhbəti əvvəlcədən planlaşdırıldığı müddətdən əvvəl baş tutub. Netanyahu uzun illər boyunca təklif etdiyi əməliyyatı həyata keçirməyə qərarlı idi və Xameneini öldürmək üçün nadir fürsət olduğunu bildirib. Bu, həmçinin 2024-cü ildə Trampa qarşı planlaşdırıldığı iddia edilən sui-qəsd cəhdlərinə cavab idi.

Tramp artıq ABŞ-ın İran əleyhinə əməliyyat aparmasını təsdiqləmişdi, lakin dəqiq vaxt və şərtlər hələ müəyyənləşdirilməmişdi. ABŞ hərbi qüvvələri bölgədə həftələrlə mövcudluğunu artırmışdı və yalnız Prezidentin qərarını gözləyirdi. Netanyahunun arqumenti Trampın “Epik Qəzəb” əməliyyatını icra etməsi üçün təkan oldu.

Əməliyyatın ilk bombaları 28 fevral səhər saatlarında atıldı və Tramp həmin gün axşam Xameneinin öldüyünü elan etdi. Ağ Ev əməliyyatın məqsədini İran rejiminin ballistik raket və istehsal imkanlarını məhv etmək, donanmasını sıradan çıxarmaq və nüvə silahına sahib olmasının qarşısını almaq kimi açıqlayıb.

Chosen
123
2
publika.az

3Sources