EN

İran şahının ABŞ-da yaşayan oğlu Trampla Netanyahuya çağırış etdi:“DAYANMAYIN, DAVAM EDİN!”

İranın sonuncu şahının Amerikada yaşayan oğlu Rza Pəhləvi ABŞ və İsrail rəhbərliyinə müraciət edib.

 

Modern.az xəbər verir ki, Rza Pəhləvi İrandakı rejimin yıxılmasına çağırış edib.

 

“Mən Prezident Trampı və Baş nazir Netanyahunu rejimi və onun repressiya aparatını hədəf almağa davam etməyə, eyni zamanda xalqımızın ölkəni yenidən qurmaq üçün ehtiyac duyduğu İranın həyati əhəmiyyətli mülki infrastrukturunu qorumağa çağırıram.

 

Amerika Birləşmiş Ştatları və İsrailin dəstəyi ilə və ən əsası, vətənpərvər iranlıların sayəsində İranın azadlıq anı yaxınlaşır”, – Rza Pəhləvi deyib.

 

O, İrandakı rejimi “repressiya və terror maşını” adlandırıb.

 

“İran qorunmalıdır; İslam Respublikası məhv edilməlidir”, – Rza Pəhləvi vurğulayıb.

 

Senzor.az xatırladır ki, ABŞ Prezidenti Donald Tramp bu gün bir sıra rezonans doğuran açıqlamalar verərək ABŞ və İranın danışıqlarda görünməmiş irəliləyiş əldə etdiyini iddia edib. Prezidentin sözlərinə görə, tərəflər Tehranın nüvə silahlarından imtina etməsini və zənginləşdirilmiş uran ehtiyatlarını Amerikanın nəzarəti altına almasını əhatə edən 15 maddəlik plan üzərində razılığa gəliblər. Bu xəbərdən sonra Tramp diplomatiyaya şans vermək üçün İranın enerji infrastrukturuna planlaşdırılan hücumların beş gün təxirə salınması barədə əmr verib.

 

“Tasnim” xəbər agentliyi isə İranın təhlükəsizlik orqanlarındakı yüksək vəzifəli mənbəyə əsasən bildirib ki, “Tramp İrana qarşı kritik infrastruktur obyektlərinə hücum planlarından, İranın hərbi təhdidlərinin real və ciddi xarakter alması səbəbindən imtina edib”.

 

Qeyd olunub ki, ABŞ daxilində və Qərbdə maliyyə bazarlarının təzyiqi, həmçinin istiqraz bazarına yönəlmiş risklər də bu geri addımda mühüm rol oynayıb.

 

O da bildirilib ki, “heç bir danışıqlar aparılmayıb və hazırda da aparılmır”.

Chosen
20
1
senzor.az

2Sources