EN

Starmer Tramp haqqında: “Mənə təzyiq etmək istəyir”

Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ lideri Donald Trampın sərt ifadələrindən ona təzyiq göstərmək üçün istifadə etdiyini başa düşdüyünü bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, siyasətçi bu açıqlamanı parlament komitəsinin suallarını cavablandırarkən verib.

Ağ Ev rəhbəri daha əvvəl Truth Social-da son həftələr və aylarda tez-tez tənqid etdiyi Kir Starmeri parodiya edən video yayıb.

"Onun dediyi və etdiyi bir çox şey açıq şəkildə mənə təzyiq göstərmək məqsədi daşıyır. Buna şübhəm yoxdur. Nə baş verdiyini çox yaxşı başa düşürəm", - deyə Starmer şikayətlənib.

O, həmçinin yalnız Böyük Britaniyanın milli maraqlarına uyğun olan şeylərə diqqət yetirmək niyyətində olduğunu vurğulayıb.

Əvvəllər bildirilirdi ki, mübahisəli videoda ofisində oturmuş Starmerin Trampa zəng edərək Londonun artıq Hörmüz boğazına gəmi göndərməyəcəyini, lakin Amerika liderinin reaksiyasından qorxduğunu göstərir.

Bundan əvvəl ABŞ prezidenti G7 liderlərinin iştirakı ilə Starmerə Yaxın Şərq münaqişəsində artıq Britaniyanın köməyinə ehtiyacı olmadığını bildirmişdi.

Musavat.com

Chosen
23
23
musavat.com

10Sources