AZ

Tramp Britaniyanın Baş nazirini parodiya edən video paylaşdı: "Qorxur"

ABŞ Prezidenti Donald Tramp "TruthSocial" sosial media platformasında Britaniyanın Baş naziri Kir Starmerin onun zəngindən qorxub dəhşətə gəldiyini göstərən video paylaşıb.

"Cebheinfo.az" xəbər veirr ki, videoda əsas personaj ABŞ Prezidentindən zəng gözləyir və köməkçisindən Trampa nə deyəcəyini soruşur.

Starmer köməkçisinə "möcüzəvi" ABŞ Prezidentindən nə qədər qorxduğunu deyir.

Cavab olaraq köməkçi ona "özü kimi olmağı" məsləhət görür.

Starmer personajı nəhayət, dəstəyi götürəndə və Trampın səsi eşidiləndə dərhal dəstəyi qoyur.

Qeyd etmək lazımdır ki, ABŞ Prezidenti dəfələrlə Starmeri müxtəlif məsələlərdə tənqid edib, hətta Britaniya Baş nazirinin Uinston Çörçill  olmadığını bildirib.

Xəzər

"Cebheinfo.az"

Seçilən
33
23
cebheinfo.az

10Mənbələr