EN

Vaşinqtonun Tehrandakı gizli həmsöhbəti üzə çıxdı

ABŞ ilə İran arasında aparılan danışıqlarla bağlı diqqətçəkən iddia səsləndirilib.

Musavat.com xəbər verir ki, İsrail rəsmilərinin iddiasına görə, ABŞ-nin əlaqə qurduğu yüksək vəzifəli İran rəsmisi parlament spikeri Məhəmmədbaqer Qalibafdır. Bu barədə israilli jurnalist Amit Seqal özünün “X” hesabında yazıb.

Qeyd edək ki, məsələ ilə bağlı rəsmi tərəflərdən hələlik açıqlama verilməyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ və İran arasında məhsuldar danışıqların aparıldığını bildirmişdi. Onun sözlərinə görə, danışıqlar “İranın mühüm şəxsilə” aparılır və həmin şəxsin Müctəba Xamenei deyil.

 

Musavat.com

photo_2026-03-24_00-02-44.jpg

Chosen
48
50
musavat.com

10Sources