EN

Tehranla Vaşinqton arasında Misir və Türkiyə vasitəsilə mesaj mübadiləsi olub - KİV

İranla ABŞ gərginliyi azaltmaq üçün Misir və Türkiyə vasitəsilə mesaj mübadiləsi aparıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı yüksək rütbəli İran rəsmisinə istinadən məlumat yayıb.

O dəqiqləşdirib ki, Vaşinqton kompensasiyaların ödənilməsi və İran tərəfinə qarşı "təcavüzün etiraf edilməsi" ilə bağlı Tehranın əsas şərtlərini yerinə yetirməkdən imtina edir. Mənbənin iddiasına görə, ABŞ Prezidenti Donald Trampın danışıqların şərtlərini və müddətlərini müəyyən etmək hüququ yoxdur.

"ABŞ tərəfindən hər hansı düşüncəsiz hərəkətlərin gözləntisi ilə Hörmüz boğazının bağlanması və minaların quraşdırılması məsələsi açıq qalır", - o bildirib.

Chosen
20
3
ikisahil.az

4Sources