EN

Gizli rabitə kanalını təmin edən odur

Pakistan hakimiyyəti İran hökuməti ilə ABŞ prezidentinin elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner arasında qeyri-rəsmi əlaqələri asanlaşdırıb.

"Yeni Sabah" Financial Times-a (FT) istinadla xəbər verir ki, məsələ ilə tanış olan 2 nəfər Pakistanın yüksək vəzifəli rəsmilərinin Tehranla gizli rabitə kanalı yaratdığını bildirib.

İslamabadın Vaşinqtonla müttəfiqliyinə baxmayaraq, Pakistan ərazisində ABŞ bazalarının yoxluğuna görə Vaşinqton və Tehran arasında vasitəçi kimi çıxış edə bilib. Pakistan həm də ABŞ və İsrailin İrana hücumlarından sonra İranın zərbələrindən yayınıb.

Mənbələr qeyd ediblər ki, bir gün əvvəl Pakistan Silahlı Qüvvələrinin rəisi general Asim Munir ABŞ prezidenti Donald Trampla telefon danışıqları aparıb. Bazar ertəsi günü Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian arasında söhbət olub. Mənbələrə görə, Pakistan hakimiyyəti ABŞ və İran rəsmiləri arasında görüşün keçiriləcəyi yer kimi İslamabadı da təklif edib.

"Fox Business"ə verdiyi müsahibədə Tramp İranla razılaşmanın yaxın 5 gün ərzində əldə edilə biləcəyini bildirib. Tramp həm Vaşinqton, həm də Tehranın razılığa gəlməyə can atdığını deyib. O, Vaşinqton və Tehran arasında dialoqun beş gün ərzində nəticə verməməsi halında ABŞ-nin İrana zərbə endirməyə davam edəcəyi ilə hədələyib.

Tehran danışıqlar barədə məlumatları təkzib edib.


Telegram kanalımız
Chosen
60
50
yenisabah.az

10Sources