EN

ABŞ və İran nümayəndələrinin görüşünü təşkil etmək istəyirlər

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vasitəçi ölkələr ABŞ və İran arasında İslamabadda görüş keçirməyə çalışırlar.

Reyting.az xəbər verir ki, bu barədə “Axios” nəşri İsrail rəsmisinə istinadla məlumat yayıb.

Məlumata görə, görüşdə İran parlamentinin sədri Qalibaf və digər İran rəsmiləri, ABŞ tərəfindən isə Uitkoff, Kuşner və ehtimal ki, vitse-prezidenti Vens iştirak edə bilərlər.

Görüşün bu həftə reallaşma ehtimalı var.

Rəsmi həmçinin bildirib ki, İsrail ABŞ və Tehran arasındakı dolayı əlaqələrdən xəbərdardır, lakin Trampın bazar ertəsi günü verdiyi şərhlərdən təəccüblənib. O qeyd edib ki, işlərin bu qədər sürətlə getdiyini bilməyiblər.

E. KAMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
reyting.az

1Sources