EN

"Mançester Siti"də Qvardiolanın xələfi bəlli oldu

İngiltərənin "Mançester Siti" klubu baş məşqçi Pep Qvardiolanın gələcəkdə postunu tərk edəcəyi təqdirdə onu kimin əvəzləyəcəyi ilə bağlı qərarını verib.

Fanat.Az "Football Insider" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər" rəhbərliyi digər namizədlər arasında Vinsent Kompaniyə üstünlük verir.

Hazırda Almaniyanın "Bayern" klubunu çalışdıran belçikalı mütəxəssis, uzun illər "Mançester Siti"nin kapitanı kimi çıxış etdiyi üçün klubun fəlsəfəsinə yaxından bələddir. Rəhbərlik hesab edir ki, Kompani komandanın oyun üslubunu və daxili atmosferini qorumaq üçün ən ideal namizəddir.

Qvardioladan sonra başlayacaq yeni dövrdə onun rəhbərliyi altında uğurların davam edəcəyinə böyük inam var. Bu addım həm də klubun öz əfsanələrinə olan etimadının bir göstəricisi kimi qiymətləndirilir.

Chosen
7
fanat.az

1Sources