EN

Bu muzeydəki avtomobillərin qiyməti 1,5 milyard dollardır


Alman milyarder Fridhelm Lo dünyanın ən bahalı şəxsi avtomobil kolleksiyalarından birini güniş ictimaiyyətə təqdim edib.
Yeniavaz.com
“Motorious” portalına istinadla xəbər verir ki, təxminən 1,5 milyard dollarlıq bu kolleksiya hazırda Frankfurt yaxınlığındakı bir muzeydə nümayiş olunur.
“Nationales Auto Museum” adlanan yeni muzeydə müasir hiperkarlardan əfsanəvi yarış avtomobillərinə qədər yüzlərlə nadir avtomobil nümayiş olunur.
Modellər arasında “Bugatti Centodieci”, “Mercedes-AMG One” və “Lamborghini Aventador SVJ” kimi modellər, eləcə də “Formula 1” avtomobilləri və “24 Hours of Le Mans” prototipləri də daxil olmaqla tarixi avtosport avtomobilləri yer alır.
Kolleksiyada xüsusi yeri “Ferrari F40” və “Mercedes-Benz CLK GTR” kimi öz dövrlərinin simvollarına çevrilmiş ikonik avtomobillər tutur.
Sərgi avtomobil mühəndisliyi və dizaynının bir neçə onilliyini əhatə edir və texnologiyanın və sürətin təkamülünü nümayiş etdirir.
Muzey çoxsəviyyəli zonaları və mərkəzi zalı ilə müasir sərgi məkanı formasında təşkil olunub. Burada avtomobillər forma və texniki xüsusiyyətlərini ön plana çıxarmaq üçün yerləşdirilib.
Sərginin müntəzəm olaraq yenilənməi nəzərdə tutulur. Belə ki, bəzi avtomobillərin bir neçə aydan bir növbələşdirilməsi planlaşdırılır ki, bu da tamaşaçıların növbəti ziyarətlərində yeni nümunələri görməsinə imkan verəcək.
Giriş haqqı 30 dollardan azdır ki, bu da müşahidəçilərin qeyd etdiyi kimi, nümayiş etdirilən avtomobillərin ümumi dəyərinə nisbətən çox azdır.

Chosen
42
1
yeniavaz.com

2Sources