EN

İLHAM ƏLİYEV: "Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın"

Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib. Bir çox müasir istirahət zonaları, hotellər, iaşə, mədəniyyət, təhsil obyektləri yaradılıb.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıya səfəri zamanı "Şirvan Aqro" heyvandarlıq kompleksinin əməkdaşları ilə görüşündə deyib.

"Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var. İndi Şamaxı-İsmayıllı-Qəbələ yeni avtomobil yolu inşa edilir. Orada inşa olunan körpü ölkəmizdə ən böyüyüdür, yəqin ki, biz onu gələn il istifadəyə verəcəyik. Ölkə ərazisində bağlantılar məsələləri də öz həllini tapır. Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, iş yerləri olsun, dolanışıq yaxşı olsun" - dövlət başısı vurğulayıb.

İlham Əliyev bildirib ki, bu bayram günlərində belə müəssisənin açılışı böyük rəmzi məna daşıyır: "Bu günlərdə biz həm Ramazan, həm Novruz bayramlarını qeyd etmişik və bütün ölkə üzrə çox gözəl ab-hava, çox gözəl ovqat var. Bunun da əsas səbəbi ölkəmizin inkişafı, bizim qalib xalq kimi yaşamağımız və gələcəyə böyük nikbinliklə baxmağımızdır".


Chosen
64
8
azia.az

10Sources