EN

İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub

Fevralın 28-i saat 08:00-dan martın 23-ü saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2949 nəfər təxliyə edilib.

Bakıvaxtı.az Apa-ya istinadən xəbər verir ki, təxliyə olunanların 488-i Azərbaycan vətəndaşıdır.

Bundan başqa, 722 Çin, 325 Rusiya, 198 Banqladeş, 187 Tacikistan, 148 Pakistan, 162 Hindistan, 80 Oman, 68 İndoneziya, 54 İran, 44 İtaliya, 30 Əlcazair, 26 İspaniya, 23 Almaniya, 22 Kanada, 19 Fransa, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 17 Gürcüstan, 15 Özbəkistan, 13 Polşa, 13 İsveçrə, 13 Nigeriya, 12 Macarıstan, 12 Bəhreyn, 11 Qazaxıstan, 11 Meksika, 11 ABŞ, 10 Böyük Britaniya, 10 Belarus, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 8 Braziliya, 8 Sudan, 6 BƏƏ, 6 Slovakiya, 6 Belçika, 6 Rumıniya.

Bundan başqa təxliyə edilənlər arasında Serbiya, Çexiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Vyetnam, Yunanıstanın hərəsinin 5, İordaniya, Filippin, Türkiyə, Ukrayna, Şri-lanka, Küveyt, Finlandiya, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka, Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, Kipr, Myanma, Sloveniyanın hərəsinin 2 vətəndaşı var.

İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları,Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.

Chosen
7
49
bakivaxti.az

10Sources