EN

Tramp İranın danışıqların aparılmasını təkzib etməsinə münasibət bildirib

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi İran dövlət mediasının Tehranın ABŞ ilə danışıqlar apardığına dair məlumatları təkzib etməsinə münasibət bildirib.

Aznews.az xəbər verir ki, Bu barədə “Fox Business” xəbər verib.

ABŞ Prezidenti İran tərəfinin nəyi nəzərdə tutduğundan əmin olmadığını deyib: “İrandan dəqiq məlumat əldə etmək çətindir, çünki ABŞ onların infrastrukturunun böyük hissəsini məhv edir. Buna görə də o, İran dövlət televiziyasının nəyi nəzərdə tutduğunu anlamıram”.

Tramp danışıqların dünən gecə Stiv Uitkoff və Jared Kuşner ilə İranın qarşı tərəfdəki həmkarları arasında baş tutduğunu vurğulayıb.

Chosen
31
9
aznews.az

9Sources