"Mançester Siti" ilə müqaviləsi gələn yay başa çatacaq Bernardo Silva karyerasını "Barselona"da davam etdirmək istəyir.
QOL.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.
31 yaşlı portuqaliyalı oyunçunun xidmətləri Kataloniya klubuna onun meneceri Xorxe Mendeş vasitəsilə təklif olunub.
"Mançester Siti" kapitanının transferi hazırda "Barselona"nın prioritet siyahısında deyil. Klub müdafiÉ™nin mÉ™rkÉ™zini vÉ™ hücum xÉ™ttini güclÉ™ndirmÉ™yÉ™ diqqÉ™t yetirir.Â
Bernardo Silva bu mövsüm bütün yarışlarda 42 oyunda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.