AZ

"Barselona"ya keçmək istəyir

style='margin-bottom:10px;'>

"Mançester Siti" ilə müqaviləsi gələn yay başa çatacaq Bernardo Silva karyerasını "Barselona"da davam etdirmək istəyir.

QOL.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.

31 yaşlı portuqaliyalı oyunçunun xidmətləri Kataloniya klubuna onun meneceri Xorxe Mendeş vasitəsilə təklif olunub.

"Mançester Siti" kapitanının transferi hazırda "Barselona"nın prioritet siyahısında deyil. Klub müdafiənin mərkəzini və hücum xəttini gücləndirməyə diqqət yetirir. 

Bernardo Silva bu mövsüm bütün yarışlarda 42 oyunda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
22
1
teleqraf.com

2Mənbələr