EN

Mariya Zaxarovadan izahat gözləyirik - XİN

Mariya Zaxarova Heydər Əliyevə hörmətsizlik etdi| VİDEO
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın son brifinq zamanı səsləndirdiyi qeyri-məqbul fikirlərini şərh edərkən bildirib.

O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin adının bu şəkildə xatırlanması onun irsinə və Azərbaycan xalqına qarşı hörmətsizlikdir.

"Bu cür açıqlamalar rəsmi nümayəndədən gözlənilən standartlara uyğun gəlmir. Diplomatiya gərginliyi artıran və etibarlılığı zədələyən yersiz bəyanatlar deyil, intizam, dəqiqlik və məsuliyyət tələb edir.Rusiya tərəfindən bu açıqlama ilə bağlı izahat gözləyirik", - XİN sözçüsü əlavə edib.
Chosen
80
41
azvision.az

10Sources