EN

Nazirlik: PUA-ların Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları təşkil olunacaq VİDEO  

2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”,-deyə məlumatda bildirilib.

Chosen
93
45
azerbaijan-news.az

10Sources