Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçirəcək.
Hafta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
"2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00-da Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək. Səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə məlumatda bildirilib.