EN

Müctəba Xameneiyə nə olub? Ali liderin səssizliyi ətrafında söz söhbətlər böyüyür

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"İranın yeni Ali Lideri Müctəba Xamenei yaralı, təcrid olunmuş vəziyyətdədir və mesajlara cavab vermir".

Modertor.az-ın məlumatına görə, bunu "The Washington Post" qəzeti ABŞ və İsrail təhlükəsizlik rəsmilərinə istinadən yazıb.

Bildirilir ki, regiondakı gərginlik fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qalan ruhaniləri və liderləri ölkədə güc və nəzarətlərini möhkəmləndiriblər.

Qeyd edək ki, martın 8-də ölkənin yeni ali lideri seçilən İranın sabiq ali lideri Əli Xameneinin ikinci oğlu Müctəba Xamenei İsrail və ABŞ-nin İrana birgə hücumları nəticəsində yaralanıb. İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində məlumatı təsdiqləyib. Bildirib ki, İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
3
moderator.az

4Sources