EN

Tonqal partlayışında yaralananlarla bağlı son məlumat

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllədə tonqal yandırılan zaman partlayış baş verməsi nəticəsində yaralananların vəziyyəti açıqlanıb.Demokrat.az xəbər verir ki, Sumqayıt və Nərimanov Tibb Mərkəzindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında 1 nəfərin müalicəsi davam etdirilir:“Qarının küt travması diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti stabil qiymətləndirilir. Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan və vəziyyəti stabil olan 2013-cü il təvəllüdlü şəxs (qadın cinsli) ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında ambulator müalicə üçün evə buraxılıb.Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunan bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) isə ambulator müalicə üçün evə buraxılıb”.Qeyd edək ki, hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 11 nəfər xəsarət almışdı.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
3
demokrat.az

10Sources