EN

AFFA nümayəndələri UEFA Grow Konfransında iştirak edib

AFFA nümayəndələri Avstriyanın paytaxtı Vyanada keçirilən üçüncü “UEFA Grow” Konfransında iştirak ediblər.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Tədbir milli assosiasiyaların kommunikasiya və marketinq rəhbərlərini bir araya gətirərək futbol kommunikasiyalarını, marketinq və kommersiya strategiyasını formalaşdıran əsas tendensiyaların müzakirəsinə həsr olunub.

Konfransda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov və Kommersiya meneceri Kamran Kərimbəyov iştirak ediblər.

İdman.Biz
Məqalədə:
Chosen
54
14
idman.biz

10Sources