EN

İran Müdafiə Nazirliyinin yerləşdiyi rayonda güclü partlayış baş verib

ain.az bildirir, Azpost saytına əsaslanaraq.

Tehranın bir neçə ərazisində çoxsaylı partlayışlar, o cümlədən İslam Respublikası Müdafiə Nazirliyinin yerləşdiyi rayona hava hücumu baş verib.

Azpost.info bildirir ki, bu barədə “Əl-Hadah” TV məlumat yayıb.

Kanalın məlumatına görə, İranın hava hücumundan müdafiə sistemləri Tehranın şimal, şərq və mərkəzi hissələrindəki hədəfləri hədəfə alıb. Milli parkın yerləşdiyi Sorx-e Hesar rayonunda ən azı beş partlayış, İran Müdafiə Nazirliyinin kompleksinin yerləşdiyi Noboniad rayonunda isə güclü partlayış baş verib.

Şəhərə hava hücumu nəticəsində dəyən ziyan, mümkün dağıntı və ya tələfat barədə hələlik məlumat yoxdur.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
55
1
azpost.info

10Sources