EN

Vaşinqton Kiyev danışıqlarının nəticəsi açıqlandı “Həqiqətən çox yaxşı xəbər ola bilər”

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ və Ukrayna nümayəndə heyətlərinin Mayami şəhərində keçirilən görüşlərinin əsas nəticələrindən biri Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsinin davam etdirilməsi perspektividir.

“AzPolitika” bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

Zelenski bildirib ki, bu, “həqiqətən çox yaxşı xəbər” ola bilər və diplomatiyanın işlədiyini göstərər: “Ümid edirik ki, buna nail olmaq mümkün olacaq”, – deyə o vurğulayıb.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff isə martın 21-22-də keçirilən görüşlərin yekunları ilə bağlı “X” platformasında yazıb ki, danışıqlar konstruktiv keçib. Onun sözlərinə görə, müzakirələr Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri və regionda mühüm humanitar məsələlərin həllinə yönəlib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da təsdiqləyib ki, tərəflər əsas diqqəti təhlükəsizlik təminatları və əsir mübadiləsinə yönəldiblər.

Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ arasında son üçtərəfli danışıqlar Cenevrə şəhərində fevralın 17-18-də baş tutmuşdu. Növbəti görüşün martın əvvəlində Abu-Dabi şəhərində keçirilməsi planlaşdırılsa da, sonradan təxirə salınıb.

Zelenski bildirmişdi ki, bu qərar ABŞ-nin təşəbbüsü ilə fevralın 28-də ABŞ və İsrailin Yaxın Şərqdə başladığı hərbi əməliyyatlarla bağlı qəbul edilib.

Kremlin sözçüsü Dmitri Peskov isə martın 19-da açıqlayıb ki, Moskva, Kiyev və Vaşinqton arasında sülh danışıqları hazırda “pauza” vəziyyətindədir. Onun sözlərinə görə, buna səbəb ABŞ və İsrailin İrana qarşı əməliyyatıdır.

Bununla belə, Peskov qeyd edib ki, Rusiya və ABŞ arasında iqtisadi məsələlər üzrə ikitərəfli işçi qrupunun fəaliyyəti davam edir. O, həmçinin Moskvanın Kiyevlə əsirlərin və həlak olanların cəsədlərinin mübadiləsi ilə bağlı təmasları saxladığını vurğulayıb.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
azpolitika.info

1Sources