EN

Buça şəhərində partlayış baş verib, 2 polis yaralanıb

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukraynanın Kiyev vilayətinin Buça şəhərində baş verən partlayışlar nəticəsində iki polis yaralanıb.

APA xəbər verir ki, bu barədə Kiyev vilayət dövlət administrasiyasının rəhbəri Nikolay Kalaşnik “Telegram” kanalında bildirib.

Kalaşnikin sözlərinə görə, bu gün səhər çoxmənzilli yaşayış binasının yaxınlığında partlayış baş verib, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələndən sonra isə ikinci partlayış olub.

“Partlayış nəticəsində binanın pəncərələri sınıb. Daha sonra yaxınlıqda naməlum qurğu partlayıb. Nəticədə iki polis yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, ilkin məlumata görə, onların vəziyyəti orta ağırdır, həyatları üçün təhlükə yoxdur”, – Kalaşnik bildirib.

Hadisənin səbəbləri araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
61
1
apa.az

2Sources