EN

AFFA Premyer Liqa klublarının akademiyalarına yerində ziyarət və qiymətləndirmə prosesini başa çatdırıb

"Ehtiyacların təhlili və dəstək prosesi" çərçivəsinin ilk mərhələsi olan Misli Premyer Liqası klublarının akademiyalarına 2026-cı il üzrə yerində ziyarət, geribildirim və fərdi qiymətləndirmə prosesi yekunlaşıb.

Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Klub akademiyalarının inkişafı üzrə məşqçi mütəxəssis-koordinator olan AFFA nümayəndəsi Sərxan Hüseynov tərəfindən geribildirim hesabatları klubların bir qisminə yerində ziyarət olunaraq, digər akademiyalarla isə onlayn formatda təqdimat və müzakirə sessiyaları şəklində təşkil edilib.

Ziyarətlərin və hesabatların məqsədi AFFA-nın növbəti mövsümdən tətbiq edəcəyi "5-Ulduz Akademiya İnkişaf Modeli" çərçivəsində akademiya və futbol məktəblərinin müxtəlif sahələr üzrə cari vəziyyətini qiymətləndirmək olub.

Hər bir akademiya ilə fərdi təqdimat, mövcud vəziyyətin şəffaf təhlili, güclü tərəflərin vurğulanması, inkişafa ehtiyacı olan istiqamətlər üzrə detallı geribildirim və növbəti addımların müzakirəsi həyata keçirilib. Ziyarətlər nəticəsində müəyyən edilən ehtiyaclara və akademiya rəhbərlərindən alınan geribildirimlərə uyğun olaraq AFFA tərəfindən klub akademiyalarına dəstək tədbirlərinin təqdim edilməsi planlaşdırılır.

Bu proses təkcə qiymətləndirmə deyil, həm də akademiyaların inkişafı üçün praktik dəstək mexanizmi yaratmağı hədəfləyir. Məqsəd Azərbaycan futbolunun bazasını təşkil edən uşaq və gənclər sisteminin uzunmüddətli, dayanıqlı və peşəkar şəkildə inkişaf etdirilməsidir.

“Turan Tovuz” yeni rekordun bir addımlığında

“Neftçi” tarixə düşdü: Çempionatda 110-cu dəfə

Mikels Bahodir Nasimovun REKORDUNU TƏKRARLADI

Emin Mahmudov 70-ci qolunu vurdu - QURBANOVA ÇATDI

Bakıda keçiriləcək FIFA turnirində dəyişiklik - OMAN İŞTİRAK ETMƏYƏCƏK

Chosen
40
9
apasport.az

10Sources