EN

Vinisius Junior: “Oyuna ilk dəqiqələrdən biz nəzarət edirdik”

“Real” futbol komandasının hücumçusu Vinisius Junior La Liqanın 29-cu turunda “Atletiko” üzərində qazanılan 3:2 hesablı qələbədən sonra təəssüratlarını bölüşüb.

İdman.Biz xəbər verir ki, matçda dubl edərək qələbədə böyük pay sahibi olan braziliyalı ulduz komandasının nümayiş etdirdiyi oyundan razı qalıb.

Vinisius bildirib ki, “Santyaqo Bernabeu”da keçirilən görüşdə təşəbbüs tamamilə onların tərəfində olub:

“Oyuna ilk dəqiqələrdən biz nəzarət edirdik. Qol buraxsaq da, inkişaf etməyə və belə matçlar üçün çox çalışmağa davam edirik. Bu uğurda hamının - baş məşqçinin, oyunçuların və azarkeşlərin payı var. Bu, bütün həftə ərzində çəkdiyimiz zəhmətin nəticəsidir”.

O, həmçinin komandanın son vaxtlar göstərdiyi yüksək performansa da toxunub:

“Biz Mançesterə getdik, orada qalib gəldik və yaxşı müdafiə olunduq (Çempionlar Liqasında "Mançester Siti" üzərində 2:1 hesablı qələbə nəzərdə tutulur – red.), sonra isə bura gəlib qələbə qazandıq. Bu gün mən çox xoşbəxt bir "Real" azarkeşiyəm”.

İdman.Biz
Chosen
97
1
idman.biz

2Sources