EN

İran ABŞ-nin maliyyə dayaqlarını hədəf alacaq

İran rəsmilərinin ABŞ-yə qarşı ritorikası daha da sərtləşir.

Musavat.com xəbər verir ki, İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf Vaşinqtonun hərbi büdcəsini maliyyələşdirən strukturların da artıq “qanuni hədəf” sayıldığını bəyan edib.

Qalibaf bildirib ki, söhbət təkcə ABŞ-nin hərbi bazalarından getmir. Onun sözlərinə görə, Amerikanın hərbi xərclərini dəstəkləyən maliyyə institutları və digər iqtisadi strukturlar da mümkün cavab tədbirləri çərçivəsində hədəf siyahısına daxil edilə bilər.

 

Musavat.com

Chosen
115
musavat.com

1Sources