4-5 binanın çıxışı olan həyətdə bəzən domino, bəzən isə nərd oynayanların səsindən istirahət edən bilmirik... Bu azmış kimi yeni 3 mərtəbəli cay evini də qanunsuz inşa edirlər...
Bu iddia ilə “Xəzər Xəbər”in qaynar xəttinə Nəsimi rayon Hüseynbala Əliyev küçəsi, 52 ünvanın sakinləri müraciət ediblər.
Ünvana çatırıq, yeni tikili gözümüzə dəymir, amma zirzəmidə fəaliyyət göstərən çay evinin yuxarı mərtəbəsində daxili təmir işlərinin aparıldığını görürük. Ərazidə çalışan fəhlələrdən öyrənrik ki, onlar köhnə 3 mərtəbəli qeyri yaşayış obyektində təmir üçün cəlb olunublar.
Sakinlər isə ərazidə fəaliyyət göstərən iaişə obyektlərinin səs-küyündən şikayətlənirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.