EN

İran XİN rəhbəri ABŞ və İsraildən kompensasiya tələb etdi

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraili İranın nüvə obyektlərinə son hücumlar nəticəsində dəyən ziyanı kompensasiya etməyə çağırıb.

"Unikal" xəbər verir ki, Əraqçi bu barədə BMT-nin baş katibinə və BMT Təhlükəsizlik Şurasının üzvlərinə ünvanladığı məktubda danışıb.

Hücumları beynəlxalq hüququn açıq-aşkar pozulması kimi qiymətləndirən XİN rəhbəri şuradan dərhal tədbir görülməsini tələb edib.

 

Chosen
167
12
unikal.az

10Sources