EN

Kristal Pelas da Şon Dayç dövrü başlaya bilər

ain.az, Qol.az portalına istinadən məlumat verir.

"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər

“Kristal Pelas” baş məşqçi vəzifəsi üçün Şon Dayçla danışıqlara hazırlaşır.

QOL.az xəbər verir ki, insayder Alan Niksonun məlumatına görə, London klubu 54 yaşlı mütəxəssisi mövcud vəziyyəti sabitləşdirmək üçün əsas namizəd hesab edir.

Fevralda “Nottingem Forest”dən ayrılan Dayç hazırda azad agentdir və onun təyinatı klub üçün həm sürətli, həm də maliyyə baxımdan sərfəli variant hesab olunur.

“Kristal Pelas”ın bu qərarı Andoni İraola ilə danışıqlardakı çətinliklərdən sonra verilib. “Bornmut”un baş məşqçisi digər klubların da maraq dairəsindədir.

Qeyd edək ki, hazırda Premyer Liqada 14-cü pillədə qərarlaşan “Kristal Pelas” çətin mövsüm keçirir.

Xatırladaq ki, Şon Dayç daha öncə "Börnli", "Everton", “Nottingem Forest” kimi klubları çalışdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
1
qol.az

2Sources