ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Premyer-liqanın səfər matçında “Brayton”a 1:2 hesabı ilə uduzan “Liverpul” antirekord müəyyən edib."Football-plus.az" xəbər verir ki, bu məğlubiyyətlə mersisaydlıların cari mövsümdə çempionatda uduzduqları oyunların sayı 10-a çatıb. Arne Slotun komandası 31 turda 14 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 10 dəfə meydanı məğlub tərk edib.“Liverpul” sonuncu dəfə bir mövsüm ərzində 10 məğlubiyyət həddinə 10 il əvvəl, 2015/16 mövsümündə çatıb. Xatırladaq ki, həmin mövsümün gedişində - 2015-ci ilin oktyabrında Yurgen Klopp komandanı çalışdırmağa başlamışdı.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.