EN

Küveyt İrana qarşı HƏRƏKƏTƏ KEÇDİ

Küveyt Mülki Aviasiya İdarəsi İranın hücumları ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İKAO) rəsmi etiraz notası göndərib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Al Jazeera” telekanalı yayıb.

Küveytin aviasiya qurumları rəsmi Tehranın hərəkətlərinin mülki aviasiya üçün ciddi təhlükə yaratdığını və beynəlxalq sazişləri kobud şəkildə pozduğunu bəyan ediblər.

Qurumdan edilən açıqlamada vurğulanıb: "İran tərəfindən törədilən ciddi qanun pozuntuları və hücumlarla bağlı İKAO-ya rəsmi etirazımızı bildirdik".

Küveyt rəsmilərinin qiymətləndirməsinə görə, bu zərbələr regiondakı sərnişinlərin təhlükəsizliyi və hava əlaqəsi üçün birbaşa risk yaradır. Qeyd edək ki, yaranmış gərginlik fonunda Küveytin hava məkanı fevral ayının sonundan bəri bağlı qalmaqdadır.

Musavat.com

Chosen
77
19
musavat.com

10Sources